Bank Of Baku

Sabah Yeni Azərbaycan Partiyasının təsis olunmasının 16-cı ildönümü tamam olur

Sabah Yeni Azərbaycan Partiyasının təsis olunmasının 16-cı ildönümü tamam olur
# 20 noyabr 2008 13:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Sabah hakim Yeni Azərbaycan Partiyasının (YAP) təsis olunmasının 16-cı ildönümü tamam olur. Partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayevin APA-ya verdiyin məlumata görə, partiyanın yaranmasının ildönümü münasibəti ilə YAP-ın bütün rayon-şəhər təşkilatlarında tədbirlər keçiriləcək. H. Paşayev yubiley ili olmadığına görə daha təntənəli mərasimlərin keçirilməyəcəyini deyib.

Qeyd edək ki, YAP-ın təsis qurultayı 1992-ci il noyabrın 21-də keçirilib və YAP 1993-cü ildən Azərbaycanda hakim partiyadır. Hazırda partiyanın 456 295 üzvü var. Onların 200 yüz min nəfəri (44,4%) qadın, 179 min nəfəri (40%) gənclərdir. YAP Milli Məclisdə 64 deputatla təmsil olunur. Partiyanın 84 rayon-şəhər təşkilatı, 7519 ilk partiya təşkilatı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR