Bank Of Baku

YAP Suraxanı rayon təşkilatının yeni binasının açılışı olub

YAP Suraxanı rayon təşkilatının yeni binasının açılışı olub
# 20 noyabr 2008 14:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Suraxanı rayon təşkilatının yeni binasının açılışı olub. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaraçuxur qəsəbəsində yerləşən yeni binanın açılışında YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, İdarə Heyətinin üzvləri, rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon təşkilatının rəhbərliyi və fəalları iştirak edib. Açılış mərasimində çıxış edən Ə. Əhmədov YAP-ın son illərdə qazandığı uğurlar və sonuncu prezident seçkiləri ilə bağlı danışıb. O, partiyanın yerli təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi üçün müasir standartlara cavab verən qərargahların olmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR