Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib
# 20 noyabr 2008 14:16 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı məhkəmə iddiasına ilə bağlı bu gün Səbayel rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda tərəflər dinlənilib. H. Kərimov bildirib ki, məhkəmə baxışı noyabrın 27-nə təyin edilib.

Qeyd edək ki, MƏM-ə daxil olan partiyalar sentyabrın 28-nə paytaxtın mərkəzində yerləşən bir neçə meydana mitinq təyin etsə də, BŞİH aksiyanın Bibiheybət stadionunda keçirilməsinə razılıq verib. Müxalifət partiyaları isə şəhər rəhbərliyinin təyin etdiyi yerdə mitinq keçirməkdən imtina edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR