Bank Of Baku

Azərbaycan prezidenti əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb
# 20 noyabr 2008 16:02 (UTC +04:00)
~Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, sərəncama əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə həmin çayların sahil boyunca yerləşən rayonların əlavə 200 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılması üçün 2008-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2 (iki) milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təklifləri əsasında yuxarıda göstərilən tədbirin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulacaq dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsü zamanı nəzərə almaq tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR