Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozmaqda davam edir
# 21 noyabr 2008 07:11 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələri növbəti dəfə atəşkəsi pozub. Düşmən bölmələri noyabrın 20-də saat 09.10-dan 09.20-dək İcevan rayonu Azatamut və Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Cəfərli və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 14.45-dən 14.55-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 22.25-dək, fasilələrlə Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.55-dən 22.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 21-da saat 00.25-dən 00.40-dək fasilələrlə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 02.20-dən 02.30-dək Ağdam rayonunun Cavahirli və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR