Bank Of Baku

BAXCP Azərbaycan hökumətini və Milli Məclisi "Qolodomor"u tanımağa çağırır

BAXCP Azərbaycan hökumətini və Milli Məclisi "Qolodomor"u tanımağa çağırır
# 21 noyabr 2008 11:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrın 6-da Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisinin növbəti iclası keçiriləcək. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu qərar BAXCP-nin İdarə Heyətinin bu gün keçirilən iclasında qəbul edilib. İclasda, həmçinin, 1932-33-cü illərdə Ukrayna xalqına qarşı törədilən cinayətlərlə bağlı müzakirə aparılıb. Azərbaycanlıların da Sovet hakimiyyəti illərində mərkəzi hakimiyyətin yürütdüyü antimilli siyasət nəticəsində amansız repressiyalara, təqiblərə məruz qaldığı qeyd edilib.

Partiya rəhbərliyi hesab edib ki, bəşəriyyətə qarşı törədilən bütün cinayətlər, o cümlədən Xocalı faciəsi, Ukrayna xalqına qarşı həyata keçirilmiş "Qolodomor" cinayəti heç zaman unudulmamalıdır.

Partiya Azərbaycan hökumətini və Milli Məclisi "Qolodomor"u tanımağa çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR