Bank Of Baku

Əli Əhmədov: “Azərbaycan prezidentinin siyasi partiyalarla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmasına ehtiyac yoxdur”

Əli Əhmədov: “Azərbaycan prezidentinin siyasi partiyalarla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparmasına ehtiyac yoxdur”
# 21 noyabr 2008 16:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan prezidentinin ölkənin siyasi partiyaları ilə hər hansı müzakirə aparmasına ehtiyac yoxdur. Çünki Dağlıq Qarabağ məsələsində Azərbaycan cəmiyyətində fikir ayrılığı yoxdur, hər kəs torpaqların işğaldan azad edilməsini yeganə yol olduğunu bildirir”. Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib. Onun sözlərinə görə, Ermənistan prezidentinin siyasi partiyalarla Qarabağ problemi ilə bağlı müzakirə aparması başa düşüləndir: “Bu məsələdə Azərbaycan və Ermənistanın həm mövqeləri, həm də yanaşmaları fərqlidir. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Cərəyan edən proseslər Ermənistanın işğal etdiyi torpaqları əlində saxlamasını çətinləşdirir. İrəvan dilemma qarşısındadır ki, torpaqları azad etsin, yoxsa dünya ictimaiyyətinin ciddi ittihamlarına məruz qalsın. Ermənistanda bu məsələnin müzakirə edilməsi ola bilsin ki, əhəmiyyətlidir. Əslində, problemin sülh yolu ilə həll olunması bir həlledici amildən asılıdır ki, bu da Ermənistanın işğal etdiyi torpaqları azad etməsidir. Azərbaycanın mövqeyi tamamilə aydın olduğu halda, Ermənistanda torpaqların tamamilə azad edilməsini dərk edənlər, ərazilərin bir hissəsinin qaytarılmasını və ümumiyyətlə qaytarılmamasını istəyən qüvvələr var. Odur ki, Ermənistanda ümumi mövqe hazırlamaq üçün bu müzakirələrə ehtiyac var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR