Bank Of Baku

Əli Əhmədov: “2009-cu ildə YAP üzvlərinin sayının 500 min nəfərə çatacağına inanıram” - MÜSAHİBƏ

Əli Əhmədov: “2009-cu ildə YAP üzvlərinin sayının 500 min nəfərə çatacağına inanıram” - <font color=red>MÜSAHİBƏ</font>
# 21 noyabr 2008 16:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədovun APA-ya müsahibəsi

- Bu gün Yeni Azərbaycan Partiyasının yaranmasının 16-cı ildönümüdür. Bu müddətdə YAP qarşısına qoyduğu hansı hədəflərə çatıb, hansılara çata bilməyib?

- 16 il əvvəl, 1992-ci il noyabrın 21-də Naxçıvanda Heydər Əliyevin sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yarandığı elan olundu. YAP yaranandan Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Bunun da əsas səbəbi o idi ki, partiyanın başında Heydər Əliyev kimi Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət dayanırdı. Təsadüfi deyil ki, YAP yaranandan təxminən yarım il sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni Heydər Əliyevin xilas etməsi ilə bağlı istəkləri və tələbləri meydanda çıxdı. Nəticədə, Heydər Əliyev Azərbaycanın prezidenti seçildi. O zamandan bəri YAP Azərbaycanın siyasi həyatında nəinki aparıcı siyasi qüvvə, hakimiyyət partiyası olub, həm də ölkədəki ictimai-siyasi proseslərə bilavasitə təsir göstərən siyasi qüvvə kimi özünü təsdiq edib, bu gün də bu missiyasını yerinə yetirməkdədir. Etiraf etmək lazımdır ki, YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Heydər Əliyevə olan inam və etimad YAP-a da inam formalaşdırırdı. YAP yarandığı gündən bu xəbər ildırım sürəti ilə Azərbaycana yayıldı və qısa müddətdə Azərbaycanın bütün rayonlarında YAP-ın təşkilatlanması prosesi başladı. YAP qısa vaxtda həm kütləviliyi, həm ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilat oldu. YAP-a bəslənən ümidlər əsas etibarı ilə özünü doğruldub. Bu təkcə ondan ibarət deyil ki, YAP özünü təsdiq etdi, hakimiyyət partiyası oldu və iqtidar partiyası olaraq qalmaqdadır. YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit edə bildi, Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bildi. Bu gün sözün həqiqi mənasında Azərbaycan yeni bir Azərbaycandır. Və bu yeni Azərbaycanın formalaşması prosesinin başlanğıcında dayanan gerçəkliklərdən və tarixi həqiqətlərdən biri də YAP-ın yaranmasıdır. Son seçkilərdə namizədimiz İlham Əliyevin xalqın böyük hissəsinin səsini alaraq yenidən prezident seçilməsi bir yandan Heydər Əliyev ideyalarının, ikinci tərəfdən İlham Əliyevin özünün və həyata keçirdiyi siyasətin alternativsizliyinin göstəricisidir. Bu sözləri bütövlükdə YAP-a da şamil etmək olar. Çünki həm İlham Əliyevin namizədliyinin irəli sürülməsi YAP-ın qurultayında qəbul olunmuş bir qərar idi, həm də partiya İlham Əliyevin təbliğatında yaxından iştirak edib. Bütün bunlar partiyanın 16 illik tarixinin şərəfli və qürur hissi yaradan məqamlarıdır. YAP-ın ideyalarının əksəriyyəti bu gün gerçəkləşib. Amma bizim məqsədimiz odur ki, Azərbaycan daha da inkişaf etsin.

- YAP-ın 16 illiyinin təntənəli şəkildə qeyd edilməməsinə səbəb nədir?

- Biz ötən il partiyanın 15 illik yubileyini təntənə ilə qeyd etdik. Bu tədbirlər Azərbaycanın bütün regionlarını əhatə etdi. Bu il isə yubiley ili deyildi. Biz bu günü və tarixi hadisəni daha çox işgüzar formalda qeyd etməyi nəzərdə tutduq. Məsələn, ötən gün partiyanın Suraxanı rayon təşkilatının ofisi istifadəyə verildi. Biz orada partiyanın növbəti ildönümü ilə bağlı konfrans keçirdik, bir daha təşkilatın keçdiyi yola nəzər salındı, fikir mübadiləsi aparıldı. Mətbuatda partiyanın yaranmasının ildönümü ilə bağlı yazılar dərc edildi. Bizim üçün daha əhəmiyyətlisi odur ki, partiyamızın yaşının artmasını təşkilatın gücünün artmasına yönəlmiş tədbirlər və fəaliyyətlərlə qeyd edək.

- Hazırda partiyanın nə qədər üzvü var?

- Bu gün YAP-ın sıralarında 400 070-ə yaxın üzv var. İnanıram ki, çox yaxın zamanda – 2009-cu il ərzində YAP-ın üzvlərinin sayı 500 minlik həddə çatacaq. Ötən illər ərzində müəyyən fərqlər olmaqla YAP-ın sıralarına hər il 25-30 min nəfər civarında yeni üzvlər daxil olub. Əgər 2009-cu ildə də eyni temp davam etsə, o zaman yarım milyon nəfər üzvümüz olacaq. Bu sadəcə statistika, rəqəmlərin böyüməsi deyil. Bu, Heydər Əliyevin xatirəsinə və İlham Əliyevin həyata keçirdiyi siyasətə olan münasibətin ifadəsidir.

- Bəziləri YAP-ı sağ, bəziləri isə sol yönümlü partiya kimi təqdim edir. Partiyanın ideoloji yönümü nədir?

- Azərbaycanda ciddi siyasətlə məşğul olanların əksəriyyəti YAP-ın siyasi orentasiyasını yaxşı bilirlər. YAP sağ mərkəzçi partiya kimi yaranıb və fəaliyyətini də belə davam etdirir. Əlbəttə, partiyanın proqramında cəmiyyətin, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə əlaqədar bu və ya digər mənada ola bilsin ki, solçuluq elementlərinin özündə birləşdirən məqamlar var. Məsələn, insanların rifahının yaxşılaşdırılması üçün bir sıra tədbirlərin həyata keçirilməsində YAP təkidlə bu mövqedə dayanır və bu da ola bilsin, bəzi insanlarda başqa fikirlərin yaranmasına səbəb olur. Amma YAP ölkədə bazar iqtisadiyyatına əsaslanan ictimai, iqtisadi münasibətlərin formalaşmasının ciddi tərəfdarıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR