Bank Of Baku

Bir sıra şəxslərə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib

Bir sıra şəxslərə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib
# 21 noyabr 2008 17:21 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev hakimlərə, ədliyyə orqanlarının əməkdaşlarına və Məhkəmə-Hüquq Şurasının üzvlərinə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya bildirilib ki, məhkəmə və ədliyyə orqanlarında uzun müddət işlədiklərinə, məhkəmə-hüquq islahatlarının, ədalət mühakiməsinin həyata keçirilməsi üzrə səmərəli fəaliyyətlərinə və Məhkəmə-Hüquq Şurasının işinə əhəmiyyətli töhfələrinə görə aşağıdakı şəxslərə “Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilib:

Cəfərov Azər Məmməd oğlu - Azərbaycan Respublikası Ədliyyə
Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəisi, Məhkəmə-Hüquq Şurasının üzvü;
Hidayev Şahmurad Əzizağa oğlu - Azərbaycan Respublikası Ali
Məhkəməsinin hakimi;
Məmmədov Fikrət Fərrux oğlu - Azərbaycan Respublikasının
ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri;
Məmmədov Qail Fazil oğlu - Bakı Apellyasiya Məhkəməsinin
hakimi;
Məmmədova Şəlalə Ağakərim qızı - Azərbaycan Respublikası Ali
Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının sədri, Məhkəmə-Hüquq Şurasının üzvü;
Rzayev Ramiz Yaqub oğlu - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri, Məhkəmə-Hüquq Şurasının üzvü.

Prezidentin digər fərmanı ilə Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Nizamnaməsi təsdiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR