Bank Of Baku

Prezident ədliyyə orqanlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb

Prezident ədliyyə orqanlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb
# 21 noyabr 2008 17:42 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev ədliyyə orqanlarında çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Ədliyyə orqanlarında qulluq keçmə” haqqında qanunun 25.2-ci və 37.2 maddələrinə, “Dövlət qulluğu haqqında” qanunun 2.3 maddəsinə, “Azərbaycan Respublikasının 2008-ci il dövlət büdcəsi” haqqında qanuna uyğun olaraq ədliyyə orqanları işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə noyabrın 1-dən Ədliyyə Nazirliyinin, nazirliyin Penitensiar Xidməti, Tibb Baş İdarəsi, Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyası istisna olmaqla, xüsusi rütbəsi olan işçilərin aylıq vəzifə maaşları bu sərəncamın 1 nömrəli əlavəsinə uyğun olaraq təsdiq edilib. Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları bu sərəncamın 2-ci nömrəli əlavəsinə, Məhkəmə Ekspertizası Mərkəzinin və Ədliyyə Akademiyasının xüsusi rütbəsi olan işçilərinin aylıq vəzifə maaşları sərəncamın 3 nömrəli əlavəsinə uyğun olaraq təsdiqlənib. Penitensiar Xidmətin və Tibb Baş İdarəsinin xüsusi rütbəsi olan əməkdaşlarına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği isə iki dəfə artırılıb. Sərəncama əsasən Nazirlər Kabinetinə bu sərəncamın əlavələrində nəzərdə tutulmayan əməkdaşların aylıq vəzifə maaşlarının məbləğinin müəyyən edilməsi ilə bağlı göstəriş verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR