Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə Azərbaycanın mövqelərini atəşə tutub
# 22 noyabr 2008 07:25 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 21-də saat 19.20-dən 19.30-dək İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi ərazisində yerləşən mövqelərini, saat 15.25-dən 15.50-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 16.45-dən 17.00-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.15-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, noyabrın 22-də saat 03.00-dən 03.15-dək Ağdam rayonunun Cavahirli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.50-dən 06.10-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 06.00-dan 06.35-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR