Bank Of Baku

Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı birgə bəyannamə imzalanıb

Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması ilə bağlı birgə bəyannamə imzalanıb
# 22 noyabr 2008 08:20 (UTC +04:00)
Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aranın APA-ya verdiyi məlumata görə, bəyannamə Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan nümayəndələri tərəfindən imzalanıb. Bəyannamə digər türkdilli dövlətlərin qoşulması üçün açıq olduğu elan edilib.

S. Aran hələlik Parlament Assambleyasının tərkibinin müəyyənləşmədiyini, yaradılacaq katibliyin bununla bağlı təkliflər hazırlayacağını və növbəti zirvə görüşündə prosedur məsələlərin öz təsdiqini tapacağını bildirib: “Parlament Assambleyasının iclaslarının ildə bir dəfə keçirilməsi nəzərdə tutulub. Növbəti görüş 2009-cu ilin sentyabrın sonlarında Azərbaycanda olacaq. Bir çox məsələlər həmin görüşdə dəqiqləşdiriləcək”.

S. Aran bildirib ki, PA-nın iclasları hansı ölkədə keçiriləcəksə, həmin ölkə assambleyaya rəhbərlik edəcək: “İstanbul görüşündə əsas məqsəd Parlament Assambleyasının yarandığını bəyan etmək idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR