Bank Of Baku

DİP «Avropaya inteqrasiya: gənclər və gender problemləri mövzusunda Dəyirmi Masa keçirib

DİP «Avropaya inteqrasiya: gənclər və gender problemləri mövzusunda Dəyirmi Masa keçirib
# 22 noyabr 2008 12:18 (UTC +04:00)
Bakı-APA. Demokratik İslahatlar Partiyası (DİP) «Avropaya inteqrasiya: gənclər və gender problemləri» mövzusunda Dəyirmi Masa keçirib. DİP-in mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan DİP sədri Asim Mollazadə qeyd edib ki, Azərbaycan Şərq dünyasında demokratik təsisatların bərqərar olunması yolunda ilk addımlar atmış ölkədir. İstər Avropaya inteqrasiya, istər gənclər, istərsə də gender məsələləri ilə bağlı müxtəlif qanunlar, prezident sərəncamları mövcuddur. Lakin bu gün həmin qanun və sərəncamların yerinə yetirilməsində böyük problemlər var. Gəncliyin inkişafı üçün son dərəcə vacib olan “Təhsil haqqında” qanun qəbul olunmayıb. Boloniya prosesinə keçid ləng gedir. Ölkəmizdə qadın hüquqlarının qorunması, qızların erkən yaşlarda ailə həyatı qurması, qadınların fəal siyasətə qatılması ilə bağlı ciddi problemlər mövcuddur. Odur ki, DİP Azərbaycanın Avropaya inteqrasiya yolunda qarşılaşdığı gənclər və gender problemlərinin öyrənilməsi və həll yollarının tapılması məqsədilə bu Dəyirmi Masanı təşkil edib.

Sonra Respublika Gənclər Forumu sədrinin müavini İlqar Orucov («Gənclərin inkişafı ilə bağlı vacib layihələr»), DİP Gənclər Təşkilatının sədri Ramin Hacılı («Avropaya inteqrasiya yolunda gənclərin rolu və vəzifələri»), Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova («Ölkədə gender problemləri və onların həlli yolları») məruzə ilə çıxış ediblər.

R.Hacılı «Biz istəyirik ki, azadlığın sərhədlərini insanlar özləri çəksinlər» fikrini, Vəfa Cəfərova isə «Bizə ədalət lazımdır, mərhəmət yox» fikrini özəlliklə vurğulayıb.

Millət vəkili Qənirə Paşayeva «milli dəyərlər Avropaya inteqrasiyaya mane olmur, stereotiplər mane olur» deyib. Onun fikrincə, biz Avropanın insanlara xidmət edən dəyərlərinə üstünlük verməliyik.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR