Bank Of Baku

Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı imzatoplama kampaniyası keçirilir

Azərbaycanda proporsional seçki sisteminin bərpası ilə bağlı imzatoplama kampaniyası keçirilir
# 24 noyabr 2008 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) proporsional seçki sisteminin bərpa olunması ilə bağlı imzatoplama kampaniyasına başlayıb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, artıq iki gündür, ALDP üzvləri bölgələrdə və paytaxtda imza toplayırlar. İndiyədək artıq 1000-dək imza toplanıb. Partiya prosesi 2 aya yekunlaşdırmaq və 600 min imza toplamaq niyyətindədir.

Qanunvericiliyin tələbinə uyğun olaraq, Konstitusiyanın hər hansı maddəsinə dəyişiklik edilməsi ilə bağlı məsələnin müzakirəyə çıxarılması üçün 600 min vətəndaşın imzası tələb olunur.

ALDP tələb olunan imzaları aidiyyəti dövlət qurumlarına təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR