Bank Of Baku

Pənah Hüseyn Demokratiya Uğrunda İttifaqa qoşulub

Pənah Hüseyn Demokratiya Uğrunda İttifaqa qoşulub
# 24 noyabr 2008 13:28 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, yığıncaqda Azərbaycan Xalq Partiyasının (AXP) ittifaqa üzv olması ilə bağlı müraciətinə müsbət baxılıb və müsbət qərar verilib. Partiyanın DUİ-də təmsilçisi AXP-nin təsisçisi, Milli Məclisin deputatı Pənah Hüseyn olacaq. O, DUİ-nin parlamentdəki təmsilçisi də təyin edilib.

Toplantıda DUİ-nin 2009-cı il üçün dövlət büdcəsinə münasibəti də açıqlanıb və ordudakı vəziyyətlə bağlı müzakirə aparılıb. DUİ-nin parlamentdəki nümayəndəsinə tövsiyə olunub ki, 2009-cu ilin dövlət büdcəsinin bu formada qəbulunun əleyhinə səs versin. Qurum müdafiə naziri Səfər Əbiyevin ordudakı son ölüm halları ilə bağlı Milli Məclisdə hesabat verməsini istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR