Bank Of Baku

ADP Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı partiyalarla dialoq aparmasını vacib sayır

ADP Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı partiyalarla dialoq aparmasını vacib sayır
# 24 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycan Demokrat Partiyası (ADP) Azərbaycan hakimiyyətinin Dağlıq Qarabağ problemi ilə bağlı ölkənin siyasi müxalifət partiyaları ilə dialoq aparmasını vacib sayır. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu təklif ADP İdarə Heyətinin bu gün keçirilən iclasında səslənib. ADP hesab edir ki, hakimiyyətin partiyalarla bu mövzuda müzakirə aparmaması Azərbaycan iqtidarın opponentləri ilə siyasi dialoqa hazır olmadığını göstərir. ADP rəhbərliyinin fikrincə, bu, ilk növbədə, Dağlıq Qarabağ problemində Azərbaycan tərəfinin mövqeyini zəiflətmiş olur.

İclasda Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılmasına da diqqət yetirilib, bu ideya dəstəklənib.

Partiya rəhbərliyi son vaxtlar Konstitusiyada bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın aradan qaldırılması ilə bağlı açılan müzakirələrin ölkənin demokratik inkişafına və beynəlxalq aləmdəki nüfuzuna xələl gətirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR