Bank Of Baku

Müsavat Partiyası gələn ilin dövlət büdcəsi ilə bağlı bəyanat yayıb

Müsavat Partiyası gələn ilin dövlət büdcəsi ilə bağlı bəyanat yayıb
# 24 noyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycan ordusunda son vaxtlar baş verən ölüm halları müzakirə edilib, bu halların qarşısının alınması üçün tədbirlər həyata keçirməsi tələb olunub.

Partiya Divanında hazırda Milli Məclisdə müzakirə edilən “2009-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə də diqqət yetirilib və partiya adından bəyanat qəbul edilib.
Bəyanatda əvvəlki illərlə müqayisədə, 2009-cu ilin büdcə layihəsinin siyasi yükünün daha çox olduğu qeyd edilir. Partiya büdcə layihəsində hər hansı islahatların olmadığını, əksinə, korrupsiyaya yol açan məqamların əksini tapdığını bildirib.

Bəyanatda dünyada mövcud maliyyə böhranının yarada biləcəyi fəsadların layihədə nəzərə alınmadığı, hökumətin bu böhranla bağlı aydın konsepsiyasının olmadığını bildirilir, bunun ölkə iqtisadiyyatını ciddi təhlükələrlə üz-üzə qoya biləcəyini qeyd edilir: Müsavat dövlət büdcəsini mütəxəssislərin də iştirakı ilə hərtərəfli müzakirəsini vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR