Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 25 noyabr 2008 08:20 (UTC +04:00)
Bak-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 24-də saat 15.20-dən 15.25-dək Qazax rayonunun Bağanis-Ayrım kəndi yaxınlığında yerləşən mövqelərdən saat 18.15-dən 18.40-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.15-dən 21.50-dək fasilələrlə Füzuli rayonunun Aşağı Seyidəhəmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 22.40-dan 23.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.30-dən 23.44-dək Ağdam rayonunun Kəngərli kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 25-də saat 04.35-dən 05.10-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 05.15-dən 05.25-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR