Bank Of Baku

VHP-də yeni təyinatlar olub

VHP-də yeni təyinatlar olub
# 25 noyabr 2008 12:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı özünə yeni müavinlər təyin edib. Partiyanın təşkilat şöbəsinin müdiri Samir Əsədlinin APA-ya verdiyi məlumata görə, Siyasi Şuranın bu gün keçirilən iclasında millət vəkili Fəzail İbrahimli ideologiya, xalq artisti Nurəddin Mehdixanlı siyasi, elmlər namizədi Elxan Mirzəyev isə beynəlxalq məsələlər üzrə sədr müavini təyin ediliblər. Yaxın günlərdə S. Rüstəmxanlı daha 5 müavin təyin edəcək.

İclasda, həmçinin, ölkədəki ictimai-siyasi vəziyyət, təşkilati məsələlər müzakirə olunub. Partiyaya müraciət etmiş 200 vətəndaşın VHP üzvlüyünə qəbulu təsdiqlənib. İclasda VHP-nin 2009-cu il üçün fəaliyyət planı, növbəti bələdiyyə və parlament seçkilərində iştirakı müzakirə edilib.

Qeyd edək ki, VHP-nin 2007-ci ilin dekabrında keçirilmiş sonuncu qurultayından sonra partiyada təyinatlar həyata keçirilməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR