Bank Of Baku

Dekabrda Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək

Dekabrda Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək
# 25 noyabr 2008 12:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dekabrın birinci ongünlüyündə Aydınlar Partiyasının təsis qurultayı keçiriləcək. Bu barədə APA-ya partiyanın Təşkilat Komitəsinin sədri Qulamhüseyn Əlibəyli məlumat verib. Onun sözlərinə görə, bu vaxta qədər 15 rayonda partiyanın yerli təşkilatı yaradılıb. Daha 10 rayonda yerli təşkilatın qurulacağını bildirən Q. Əlibəyli qurultaya hazırlığın yekunlaşma mərhələsində olduğunu söyləyib. O, yerli təşkilatların yaradılması prosesində digər partiyaların sosial bazasından istifadə edilmədiyini, əsasən indiyə kimi heç bir partiyada təmsil olunmayan, bitərəf şəxslərin təşkilata cəlb edildiyini vurğulayıb.

Qeyd edək ki, Q. Əlibəyli prezident seçkiləri ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvlüyündən və Ali Məclisinin sədrliyindən istefa verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR