Bank Of Baku

Pənah Hüseyn: “Atdığımız addım müxalifətin ümumi inteqrasiyasında əhəmiyyətli rol oynayacaq”

Pənah Hüseyn: “Atdığımız addım müxalifətin ümumi inteqrasiyasında əhəmiyyətli rol oynayacaq”
# 25 noyabr 2008 15:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Demokratiya Uğrunda İttifaqda təmsil olunan partiyalarla Xalq Partiyasının siyasi xətti və düşüncəsi üst-üstə düşdüyündən biz həmin ittifaqda təmsil olunmağa qərar verdik”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Partiyasının (AXP) keçmiş sədri, millət vəkili Pənah Hüseyn deyib. DUİ-də AXP-ni özünün təmsil edəcəyini bildirən P. Hüseyn hesab edir ki, atdığı bu addım müxalifətin ümumi inteqrasiyası istiqamətində əhəmiyyətli rol oynayacaq. O, əsas məqsədlərdən birinin daha geniş bir çevrədə müxalifətin inteqrasiyasına kömək etmək və buna stimul vermək olduğunu söyləyib: “Demokratiya Uğrunda İttifaq seçki bloku deyil. Amma mən onun tərəfdarıyam ki, seçki blokunun da əsasını qoymaq istiqamətində müzakirələr başlanmalıdır. Bu barədə hər hansı qərar qəbul etmək tez ola bilər. Amma ən azı bu müzakirə başlanmalıdır”.

Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR