Bank Of Baku

Məzahir Pənahov Belçikadan qayıdıb

Məzahir Pənahov Belçikadan qayıdıb
# 25 noyabr 2008 15:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Belçikaya səfərini başa vurub. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Azərbaycana qayıdan M. Pənahov səfər zamanı Avropa seçki idarəetmə qurumlarının Brüsseldə keçirilən V konfransında iştirak edib. Avropa Şurası Venesiya Komissiyası və Belçika Daxili İşlər Nazirliyinin birgə təşkil etdiyi konfransa Avropa ölkələrinin seçki qurumlarının və bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri qatılıb. M. Pənahov konfransda məruzə ilə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR