Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
# 26 noyabr 2008 06:55 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 25-i və 26-da atəşkəsi pozub. Düşmən bölmələri noyabrın 25-də saat 15.20-dən 15.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi və İcevan rayonu Berkaber kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Aşağı Əskipara və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 11.00-dan 11.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 12.00-dan 12.20-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 16.35-dən 16.45-dək Tərtər rayonunun Seyidsulan kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 26-da saat 06.00-dan 06.25-dək isə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, düşmən bütün hallarda cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR