Bank Of Baku

Lalə Şövkət: “Eldar Namazov arzu etsə, “Azərbaycan Naminə” İctimai Forum “Azadlıq” blokuna daxil ola bilər”

Lalə Şövkət: “Eldar Namazov arzu etsə, “Azərbaycan Naminə” İctimai Forum “Azadlıq” blokuna daxil ola bilər”
# 26 noyabr 2008 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifətin Əməkdaşlıq Mərkəzi (MƏM) çərçivəsində fəaliyyət göstərən partiyaların əməkdaşlığı bundan sonrakı mərhələdə baş tutmasa, Liberal, Xalq Cəbhəsi və Vətəndaş və İnkişaf partiyaları fəaliyyətlərini “Azadlıq” bloku çərçivəsində davam etdirəcək. Bu barədə APA-ya blokda təmsil olunan Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət deyib. Onun sözlərinə görə, “Azadlıq” siyasi blokdur və daha uzunmüddətli birlikdir: “Artıq iki ildən çoxdur bu blok fəaliyyət göstərir və bizim aramızda səmimi münasibətlər var. Düşünürəm ki, blok fəaliyyətini bu şəkildə də davam etdirəcək”. Lalə Şövkət Eldar Namazov arzu edəcəyi halda, “Azərbaycan Naminə” İctimai Forumun da bloka daxil olmasını mümkün sayıb.

AXCP sədri Əli Kərimli isə hələlik MƏM daxilində birliyin baş tutması üçün cəhdləri davam etdirəcəklərini söyləyib: “Biz ümidli olmalıyıq. Haqqımız yoxdur ki, imkan daxilində fəaliyyətimizi daha sıx koordinasiya etməyək. Buna cəhd etməmək düzgün olmazdı. Ümid edirəm ki, bir yol tapıb inteqrasiyanın növbəti mərhələsinə qədəm qoyacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR