Bank Of Baku

Müsavat “Azadlıq” blokunda olan digər partiyalarla müttəfiqlik etmək istəməməyinin səbəblərini açıqlayıb

Müsavat “Azadlıq” blokunda olan digər partiyalarla müttəfiqlik etmək istəməməyinin səbəblərini açıqlayıb
# 26 noyabr 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azərbaycan Xalq Cəbhəsi Partiyası milli hərəkatdan çıxan demokratik qüvvədir. Həm siyasi mövqeyinə, həm də real gücünə görə Müsavat Partiyası AXCP ilə müttəfiqlikdə maraqlıdır”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyasının Məclis sədri Sülhəddin Əkbər deyib. “Azadlıq” blokunda olan digər partiyalarla müttəfiqlik etmək istəməmələrinin səbəblərinə gəldikdə, S. Əkbər bildirib ki, Müsavat Partiyası müttəfiqlik edəcəyi siyasi qüvvələrin kriteriyalarını müəyyənləşdirib: “Biz həm siyasi mövqeyinə görə bizim partiyanın siyasi mövqeyinə yaxın olan, həm də real gücə malik istənilən siyasi partiya ilə müttəfiqlik edəcəyik. AXCP və Müsavat real vəziyyəti dəyişmək gücünə malik olan siyasi qüvvələrdir. Təbii ki, indiki mərhələdə bəzi siyasi qüvvələri də müttəfiq kimi görmək istərdik. Amma bizdən asılı olmayan səbəblərdən onların belə birliyə qatılmasını məqbul hesab etmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR