Bank Of Baku

Məlahət Həsənova: “Bir şəxsin iki dəfədən çox prezident seçilmək hüququna qoyulan məhdudiyyətin ləğvi demokratiyaya uyğundur”

Məlahət Həsənova: “Bir şəxsin iki dəfədən çox prezident seçilmək hüququna qoyulan məhdudiyyətin ləğvi demokratiyaya uyğundur”
# 26 noyabr 2008 10:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum keçirilməsi təklifini dəstəkləyir. Bunu APA-ya açıqlamasında YAP-ın Nəsimi rayon təşkilatının rəhbəri, millət vəkili Məlahət Həsənov deyib. O bildirib ki, Konstitusiyanın dəyişdirilməsi və bir şəxsin iki dəfədən artıq seçilmək hüququna qoyulan məhdudiyyətin götürülməsi demokratik prinsiplərə uyğundur. Deputat xatırladıb ki, Konstitusiyada hakimiyyətin mənbəyinin xalq olduğu göstərilib: “Xalqın əksəriyyətinin etimadını qazanan siyasətçiyə məhdudiyyət qoyulması düzgün deyil. Digər tərəfdən, hər bir cəmiyyətdə siyasi liderin formalaşdırılması və yetişdirilməsi ən önəmli vəzifələrdən biridir. Bu, asan məsələ deyil. Bu gün Azərbaycan xalqının öz lideri var. İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının görkəmli liderlərindədir. O, dünyada mütərəqqi siyasət aparan dövlət xadimi kimi qəbul edilir”.

M. Həsənovanın sözlərinə görə, YAP bu məsələni Milli Məclisdə qaldıra bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR