Bank Of Baku

Azərbaycanda daha bir neçə deputat soyadını milliləşdirir

Azərbaycanda daha bir neçə deputat soyadını milliləşdirir
# 26 noyabr 2008 12:10 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin daha bir qrup deputatı soyadını milliləşdirməyə hazırlaşır. Deputat Lalə Abbasova APA-ya açıqlamasında soyadının dəyişdirilməsi üçün yaxın günlərdə məhkəməyə ərizə ilə müraciət edəcəyini bildirib. O, Abbasova soyadını Abbasbəyli ilə əvəzlənməsini istəyir.

Yaxın günlərdə soyadını rəsmi olaraq dəyişəcək daha bir millət vəkili isə Fazil Mustafayevdir. Deputat müvafiq qurumlara müraciət edəcəyini və Mustafa soyadını rəsmiləşdirəcəyini bildirib.

Deputat Həvva Məmmədova da soyadını milliləşdirmək üçün artıq sənədlərini hazırlayıb. O, soyadını dəyişdirərək Məmmədli olacaq.

Soyadını milliləşdirmək niyyətində olan növbəti deputat Baba Tağıyevdir. Tağıyev APA-ya Əlibəyli soyadını götürmək istədiyini deyib. O bunu atasının adının Əli olması ilə izah edib: “Ancaq əsas soyadın dəyişdirilməsi deyil. Milli məfkurəni dəyişmək, onu inkişaf etdirmək lazımdır”.

Eldar İbrahimov da soyadını dəyişdirmək barədə düşündüyünü deyib: “Mən bu haqda düşünürəm. Soyadımı dəyişməli olsam, İbrahimovu İbrahimli edəcəyəm”.

Deputat Gövhər Baxışəliyeva APA-ya açıqlamasında soyadların milliləşdirilməsinə müsbət yanaşdığını, lakin bu addımın müəyyən problemlər yarada biləcəyindən ehtiyatlandığını deyib: “Mənim bütün kitablarım Baxışəliyeva soyadı ilə çap olunub. İndi soyadımı dəyişsəm problem yarana bilər. Ona görə də vəziyyətdən çıxış yolu axtrarıram”.

Qeyd edək ki, artıq Milli Məclisin bir neçə üzvü soyadını milliləşdirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR