Bank Of Baku

“Azərbaycan türklərinin indiki Ermənistandan - Qərbi Azərbaycandan sonuncu deportasiyasının 20 illiyi” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycan türklərinin indiki Ermənistandan - Qərbi Azərbaycandan sonuncu deportasiyasının 20 illiyi” mövzusunda dəyirmi masa keçirilib
# 26 noyabr 2008 12:47 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın təşəbbüsü ilə “Azərbaycan türklərinin indiki Ermənistandan - Qərbi Azərbaycandan sonuncu deportasiyasının 20 illiyi” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədqiqatçı Pərviz Səmədov deportasiyanın tarixindən danışıb və son 200 ildə Azərbaycan türklərinə qarşı törədilənləri soyqırım adlandırıb. Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deportasiyanın Azərbaycanın milli problemlərinin ayrı-ayrı hissələrindən biri olduğunu deyib. Azərbaycan Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan iqtidarı, müxalifəti və cəmiyyətin ziyalı təbəqəsini deportasiya faktını beynəlxalq ictimaiyyətə çatdırmamaqda günahlandıraraq bildirib ki, indiki Ermənistandan deportasiya olunan azərbaycanlıların statusu məsələsinə aydınlıq gətirilməlidir: “Bu insanlara xüsusi status verilməlidir ki, gələcəkdə Ermənistandan öz şəxsi mülkiyyətlərini tələb edə bilsinlər”. Professor Firudin Cəlilovun fikrincə isə, Ermənistandan deportasiya olunan azərbaycanlıların Dağlıq Qarabağa köçürülməsi münaqişəni Azərbaycanın xeyrinə həll edə bilərdi: “Bu məsələ ilə bağlı o vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirovun yanında görüşümüz oldu. Vəzirov bu addımın atılmasının qəti əleyhinə olduğunu açıqladı və nəticədə Qarabağda azərbaycanlıların sayı azalmağa başladı”.

Digər natiqlər - AMİP lideri Etibar Məmmədov, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Milli Məclisin deputatı Pənah Hüseyn, jurnalist Mahal İsmayıloğlu, politoloq Qabil Hüseynli də Ermənistandan deportasiya olunan azərbaycanlıların hüquqi statusunun müəyyənləşməsinin zəruriliyini vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR