Bank Of Baku

Araz Əlizadə: “Kommunist partiyaları birləşə bilirlərsə, bir partiyada birləşsinlər”

Araz Əlizadə: “Kommunist partiyaları birləşə bilirlərsə, bir partiyada birləşsinlər”
# 26 noyabr 2008 13:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “Sol təmayüllü partiyalar arasında ideologiya əsasında formalaşan və fəaliyyət göstərən yeganə partiya Azərbaycan Sosialist Demokrat Partiyasıdır”. Bu sözləri APA-ya açıqlamasında ASDP həmsədri Araz Əlizadə deyib. O bildirib ki, digər solçu partiyalar şəxsi maraqlar əsasında təsis edilib və 4 partiya tərəfindən yeni yaradılan blokun gələcək taleyi də sual altındadır: “Azərbaycan Sol Qüvvələr Birliyində təmsil olunan partiyaların üçü kommunist partiyalarıdır. Onlar birləşə bilirlərsə, bir partiya çərçivəsində birləşsinlər. Bir partiyada birləşə bilməyənlər blokda necə birləşəcəklər? Bu, gülməlidir. Əgər təmsil etdikləri ideologiyanı təbliğ etmək istəyirlərsə, vahid partiya yaratsınlar”. A. Əlizadə onu da əlavə edib ki, bu gün maddi imkanı olmayan hər hansı siyasi qüvvənin inkişafı mümkün deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR