Bank Of Baku

Əli Əliyev ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb

Əli Əliyev ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru ilə görüşüb
# 26 noyabr 2008 14:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru Arien de Volfla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ABŞ - Azərbaycan münasibətlərinin yeni mərhələdə inkişaf perspektivləri müzakirə edilib. Müzakirələr zamanı, həmçinin, Azərbaycanın işğal olunmuş əraziləri, demokratiya və insan haqları ilə bağlı problemlərin həlli ətrafında fikir mübadiləsi aparılıb, VİP-lə MDİ arasında əməkdaşlığın yeni mərhələdə davam etdirilməsinə diqqət yetirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR