Bank Of Baku

AMİP Demokratiya Uğrunda İttifaqa qoşulur

AMİP Demokratiya Uğrunda İttifaqa qoşulur
# 27 noyabr 2008 10:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan Milli İstiqlal Partiyasının Demokratiya Uğrunda İttifaqa daxil olması üçün aparılan danışıqlar yaxın vaxtlarda yekunlaşacaq. Partiyanın bu ittifaqa daxil olacağı gözlənilir”. Bunu APA-ya açıqlamasında AMİP-in baş katibi və sədr əvəzi Fuad Muxtarov deyib. Onun sözlərinə görə, hələlik ortada konkret nəticə olmasa da, müzakirələr müsbət istiqamətdə gedir. F. Muxtarov müzakirələr zamanı tərəflərin hər hansı şərt irəli sürmədiyini bildirib: “Sadəcə, ümumi məqsədlər üçün birgə fəaliyyət göstərmək nəzərdə tutulur”.

DUİ-nin təsisçilərindən olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə müzakirələrin təkcə AMİP-lə aparılmadığını söyləyib: “Bir sıra partiyalar var ki, onlarla danışıqlar yekunlaşmaq üzrədir. Amma bəzi partiyalarla müzakirələr yeni başlayıb”.

Qeyd edək ki, DUİ-də Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli Demokrat, Böyük Azərbaycan və Xalq partiyaları fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR