Bank Of Baku

“Azadlıq” blokunda təmsil olunan partiyanın funksioneri Müsavat rəhbərliyini eqoizmdə ittiham edib

“Azadlıq” blokunda təmsil olunan partiyanın funksioneri Müsavat rəhbərliyini eqoizmdə ittiham edib
# 27 noyabr 2008 11:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Müsavat Partiyası 2006-cı ildə keçirilən təkrar parlament seçkilərində iştirakla bağlı şübhəli qərar verən zaman biz real müxalifət mövqeyi nümayiş etdirmişik. Bu partiya tərəfindən “real müxalifət mövqeyi və real gücü olan müxalifət partiyası” fikrinin gündəmə gətirilməsi süni xarakter daşıyır”. Bunu APA-ya açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev Müsavat Partiyasının yalnız AXCP-ni real müxalifət mövqeyində olan və real gücə malik siyasi partiya kimi qiymətləndirməsinə və bu partiya ilə müttəfiqlik niyyətləri barədə mövqeyinə münasibət bildirərkən deyib. Ə. Əliyevin sözlərinə görə, Müsavat rəhbərliyinin həm VİP, həm də Azərbaycan Liberal Partiyasının (ALP) mövqeyi haqqında dəqiq məlumatı var: “Partiyaların gücü məsələsi isə kifayət qədər subyektiv, dəqiqləşdirilməsi qeyri-mümkün olan məsələdir. Müsavat rəhbərliyi gücdən danışırsa, onların 2006-cı ildə keçirməyə cəhd etdikləri mitinqlərdə 700-800 nəfər iştirak edib. Bu isə o deməkdir ki, Müsavat Partiyası da gücdən düşüb”. Ə. Əliyevin hesab edir ki, bu fikirlər müxalifətin real birliyinin baş tutmaması üçün mübahisə predimeti kimi ortaya atılıb.

“Azadlıq” blokunda təmsil olunan ALP-nin İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə isə Müsavat rəhbərliyini eqoizmdə ittiham edib. Onun sözlərinə görə, ALP-nin siyasi mövqeyini və gücünü bilmək üçün partiyanın iştirak etdiyi seçkilərə diqqət yetirmək lazımdır: “Hansı partiya seçki kampaniyasında bütün ölkəni əhatə edirsə, deməli, real gücü var. Biz son parlament seçkilərində 70 namizəd irəli sürmüş yeganə müxalifət partiyasıyıq. Müsavat isə “Azadlıq” bloku ilə birgə namizəd irəli sürmüşdü. Mən bu ittihamları ciddi hesab etmirəm. Bu fikirlər partiyaların yaxınlaşmasına xidmət etmir və onların qeyri-səmimi mövqeyidir. Həmçinin, parlament seçkilərindən sonra Lalə Şövkət deputat mandatdan imtina etdi, Müsavatçılar isə parlamentə getdilər. Bu bizim bir daha real müxalifət mövqeyində olduğumuzu göstərir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR