Bank Of Baku

Əhməd Oruc: “Şəxsi maraqlara xidmət edən deyil, real birliklərin tərəfdarıyıq”

Əhməd Oruc: “Şəxsi maraqlara xidmət edən deyil, real birliklərin tərəfdarıyıq”
# 27 noyabr 2008 12:43 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “”Azadlıq” blokunda təmsil olunan partiyalar iqtidarla bazarlığa gedəndə, hansısa təşkilatların qapısında qrant dilənəndə biz milli mövqedən çıxış etmişik. Bu, indi də belədir. Biz iqtidara qarşı başqa məqsədlər güdmədən müxalif mövqe nümayiş etdirmişik”. Bu sözləri APA-ya açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib. O bildirib ki, Demokratiya Uğrunda İttifaqın potensial imkanları digər bloklarla müqayisədə daha yüksəkdir: “Amma nədənsə, bəzi partiyalar müxalifətin yalnız özləri olduğu qənaətindədirlər. Məsələn, “Azadlıq” bloku özü ilə Müsavat Partiyasından başqa heç bir təşkilatı müxalifət kimi qəbul etmədiyini bildirir. Bu, riyakarlıqdır”. Ə. Oruc müxalifətdaxili inteqrasiyada maraqlı olduqlarını söyləyib: “Amma şəxsi maraqlara xidmət edən deyil, real birliklərin tərəfdarıyıq. Əməkdaşlığın prinsipləri bəlli olmalı və reallığa söykənməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR