Bank Of Baku

Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı dekabrın 14-də keçiriləcək

Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı dekabrın 14-də keçiriləcək
# 27 noyabr 2008 14:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Aydınlar Partiyasının təsis qurultayı dekabrın 14-də keçiriləcək. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Xanoğlan Əhmədov məlumat verib. Onun sözlərinə görə, bu barədə qərar Təşkilat Komitəsinin bugünkü iclasında qəbul edilib. X. Əhmədov artıq 20 rayon təşkilatında təsis konfransının keçirildiyini deyib.

Onun sözlərinə görə, qurultaya kimi daha 15 rayonda yerli təşkilatın yaradılması nəzərdə tutulub. Qurultayda 150-dən artıq nümayəndə iştirak edəcək. Təsis qurultayının keçiriləcəyi yer isə yaxın günlərdə müəyyənləşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR