Bank Of Baku

İqtidaryönlu Partiyaların Məşvərət Məclisinin tərkibi genişlənə bilər

İqtidaryönlu Partiyaların Məşvərət Məclisinin tərkibi genişlənə bilər
# 27 noyabr 2008 14:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. İqtidaryönlu Partiyaların Məşvərət Məclisinin tərkibi genişlənə bilər. Bu barədə APA-ya quruma sədrlik edən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib. Onun sözlərinə görə, bəzi partiyalar bununla bağlı mətbuat səviyyəsində öz istəklərini bildirib, lakin hələlik bununla bağlı quruma rəsmi müraciət edilməyib: “Əgər belə bir müraciət olsa, biz bunu müzakirə edəcəyik”.

M. Qurbanlı Məşvərət Məclisinin fəaliyyətini davam etdirdiyini, toplantıların keçirildiyini, lakin müzakirə edilən məsələləri mətbuata çıxarmağa ehtiyac olmadığını deyib.

Qeyd edək ki, İqtidaryönlü Partiyaların Məşvərət Məclisində hazırda 12 partiya təmsil olunur. Quruma YAP sədrlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR