Bank Of Baku

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb

Müxalifətin Əməkdaşlıq Mərkəzinin Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb
# 27 noyabr 2008 15:56 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müxalifətin Əməkdaşlıq Mərkəzinin (MƏM) Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başlayıb. MƏM-ə daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimovun APA-ya verdiyi məlumata görə, hakim Elnur Həsənovun sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəflər bir sıra vəsatətlə çıxış ediblər. İclasda H. Kərimov, Müsavat Partiyasının nümayəndəsi Arif Hacılı, Azərbaycan Liberal Partiyasının nümayəndəsi Əvəz Temirxan və Vətəndaş və İnkişaf Partiyasının nümayəndəsi Büllur Hümbətov çıxış ediblər. İddiaçılar BŞİH başçısı Hacıbala Abutalıbov və ictimai-siyasi təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanovun məhkəməyə dəvət edilməsi barədə vəsatət qaldırıblar. Lakin məhkəmə onların vəsatətini təmin etməyib.

Proses dekabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, MƏM üzvləri sentyabrın 18-nə təyin etdikləri aksiyanın müəyyən edilmiş yerdə keçirilməsinə icazə vermədiyi üçün şəhər rəhbərliyini məhkəməyə verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR