Bank Of Baku

Eldar Namazov: ““Azadlıq” blokuna daxil olmağımız müxalifətin daha geniş koalisiyasının yaradılması ilə bağlı danışıqların nəticəsindən asılı olacaq”

Eldar Namazov: ““Azadlıq” blokuna daxil olmağımız müxalifətin daha geniş  koalisiyasının yaradılması ilə bağlı danışıqların nəticəsindən asılı olacaq”
# 28 noyabr 2008 08:50 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. ““Azərbaycan Naminə” İctimai Forumun “Azadlıq” blokuna daxil olması müxalifətin daha geniş koalisiyasının yaradılması ilə bağlı aparılan danışıqların nəticəsindən asılı olacaq”. Bunu APA-ya açıqlamasında forumun prezidenti Eldar Namazov deyib. Onun sözlərinə görə, hazırda 5 siyasi təşkilat müxalifətin daha geniş birliyini yaratmağa çalışır. Bu danışıqlar prosesində iştirak edən tərəflərin əsas məsələlərlə bağlı mövqelərinin üst-üstə düşdüyünü bildirən E. Namazov cəhdləri davam etdirəcəklərini qeyd edib: “Bunun nəticəsindən asılı olaraq, biz qərarımızı verəcəyik. Kim birləşmək istəyirsə, birləşməlidir, istəməyənlər isə öz yolları ilə getsinlər”. “İndiki mərhələdə bloka daxil olmağı düşünürsünüzmü” sualına cavab olaraq E. Namazov deyib ki, o, indi müxalifətin birliyi ilə bağlı bütün variantlar üzərində düşünür. E. Namazov müxalifətdaxili müzakirələrin yaxın günlərdə yekunlaşacağını, nəticənin ortada olacağını bildirib.

Qeyd edək ki, “Azərbaycan Naminə” İctimai Forumun “Azadlıq” blokuna daxil olması təşəbbüsü ilə blokunun həmsədri Lalə Şövkət çıxış edib. Hazırda isə “Azadlıq” blokunda Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyaları təmsil olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR