Azərbaycan siyasətində kim kiminlə müttəfiqlik etmək arzusundadır? - SORĞU
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı APA-ya bildirib ki, YAP yalnız İqtidaryönlü Partiyaların Məşvərət Məclisində təmsil olunan partiyaları özünün müttəfiqi hesab edir. M. Qurbanlı bu formatdan kənarda hər hansı partiya ilə müttəfiqlikdə maraqlı olmadıqlarını söyləyib: “Doğrudur, əməkdaşlıq etdiyimiz partiyalar var, ancaq bu əməkdaşlıq müttəfiqlik səviyyəsində deyil”.
Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov ideoloji və siyasi platforma baxımından ADP-nin Azərbaycanda liberal-demokratik dəyərlərə üstünlük verən yeganə partiya olduğunu deyib: “Bu baxımdan, müttəfiqimiz yoxdur. Eyni zamanda yeni siyasi kursumuzla bağlı da demək olar ki, təkik. Ümumilikdə isə sağ qüvvələr müttəfiqimiz hesab oluna bilərlər. Çünki ümumi demokratik prinsiplərin rəhbər tutulması, ölkədə demokratiyanın inkişaf etdirilməsi baxımından sağ təşkilatlarla müəyyən vaxtlarda müttəfiq olmuşuq, bu gün də bir yerdə ola bilərik. Bu sıraya Müsavat, AXCP, KXCP, ALP daxildir”.
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu isə müttəfiq olmaq istədiyi partiyaların adını çəkməyib. O, millət və dövlət naminə çalışan, müsavatçılıq ideologiyasını daşıyan hər bir kəsi KXCP-nin müttəfiqi saydığını qeyd edib: “Ölkədə xeyli belə partiya var. Onların bəziləri sözdə, bəziləri isə əməldə bu prinsipləri qoruyur. Konkret öhdəlik və şərtlər olarsa, o zaman əməldə bu prinsipləri qoruyan partiyalarla müttəfiqlik edə bilərik”.
Hazırda AXCP və ALP ilə münasibətlərinin müttəfiqlik səviyyəsində olduğunu deyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “Azadlıq” bloku çərçivəsində 3 ildir, əməkdaşlıq etdiklərini xatırladıb: “Bu qurumlar bizim uzunmüddətli müttəfiqlərimizdir. Kifayət qədər normal və səmimi olan münasibətlərimiz davam edir”. Ə. Əliyev hələlik digər partiyalarla müttəfiqlik münasibətlərinin olmadığını qeyd edib.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Fuad Muxtarov isə müttəfiqlik məsələsində problem olmadığını deyir. Onun sözlərinə görə, AMİP son vaxtlara kimi “beşlik” çərçivəsində bəzi partiyalarla əməkdaşlıq edib: “Mən inanıram ki, biz ADP, Müsavatla sərbəst, açıq fikir mübadiləsi nəticəsində müttəfiqlik əlaqəsində ola bilərik. Biz buna həmişə hazırıq”. F. Muxtarov AMİP-in Demokratiya Uğrunda İttifaqa daxil olmağa hazırlaşdığını və bu ittifaqda olan partiyaları müttəfiq hesab etdiklərini bildirib.
AXCP-nin sədr müavini Həsən Kərimov isə Müxalifətin Əməkdaşlıq Mərkəzində təmsil olunan partiyalarla müttəfiq olduqlarını qeyd edib: “Bu müttəfiqliyi gələcəkdə də davam etdirmək fikrindəyik. Başqa partiyaları isə müttəfiq kimi görmürük. Müəyyən mənada KXCP ilə hər hansı əməkdaşlıq mümkündür. Qalan partiyaların hakimiyyətə münasibəti bəlli olduğundan, onlarla əməkdaşlıqdan söhbət gedə bilməz”.
Azərbaycan Liberal Partiyasının (ALP) icraiyyə Komitəsinin sədri Elman Məmmədzadə isə təmsil etdiyi qurumun yalnız AXCP və VİP-lə müttəfiq olduğunu vurğulayıb: “Başqa partiyaları hələlik bu sırada görmürük. Biz öz imzamıza sadiqik. Ona görə də müttəfiqlik zamanı bütün şərtlərə əməl edirik”.
Ümid Partiyasının sədri İqbal Ağazadə deyib ki, demokratiya naminə, ümumi prinsiplər üçün bütün siyasi qüvvələrlə əməkdaşlığa hazırdırlar: “Müttəfiqlik məsələsi isə seçkilər zamanı ortaya çıxır və bu zaman da şərtlər danışılmalıdır. Yalnız bundan sonra hansı partiya ilə müttəfiq ola biləcəyimizi söyləyə bilərik. Bunun üçün elə bir mərhələ olmalıdır ki, tərəflərin arasında ümumi razılıq əldə edilsin. Biz hələlik heç kimlə belə danışıq aparmamışıq. Ona görə də kiminlə müttəfiq ola biləcəyimizi deyə bilmərəm”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev isə APA-ya rəhbərlik etdiyi partiyanın hazırda Vahid Azərbaycan Milli Birlik və Təkamül partiyaları ilə müttəfiq olduğunu bildirib. Bundan əlavə o, Demokratik Seçki Mərkəzində olan partiyalarla da əməkdaşlıq etdiklərini, bu qurumdakı partiyalarla gələcəkdə müttəfiq ola biləcəklərini mümkün sayıb: “Hətta Böyük Quruluş Partiyası ilə bu barədə müzakirəmiz də olmuşdu. Bəzi məsələlərdə mövqeyimiz üst-üstə düşməsə belə, biz bəzi partiyalarla müttəfiq ola bilərik”.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY