Bank Of Baku

Parlamentdə YAP Gənclər Təşkilatının üzvləri ilə millət vəkillərinin görüşü keçirilib

Parlamentdə YAP Gənclər Təşkilatının üzvləri ilə millət vəkillərinin görüşü keçirilib
# 01 dekabr 2008 09:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Təşkilatının üzvləri ilə millət vəkillərinin görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə çıxış edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov belə bir görüşün keçirilməsini yüksək qiymətləndirib. Qonaqlara parlamentin fəaliyyəti haqqında geniş məlumat verən Z. Əsgərov Milli Məclisin dünyanın əksər parlamentləri və beynəlxalq təşkilatları ilə yaxından əməkdaş etdiyini deyib. O, indiyədək ölkədə 50-dək əfv fərmanı imzalanması və amnistiya aktının qəbulunun Azərbaycanın humanizm prinsipləri ilə idarə olunduğunu göstəricisi kimi dəyərləndirib.

YAP Gənclər Təşkilatının sədri Ramin Həsənov hakim partiyanın sıralarında 190 min gəncin birləşdiyini deyib. O, belə bir görüşün keçirilməsinin Azərbaycan Demokratik Cümhuriyyəti parlamentinin ilk iclasının baş tutduğu dövrə təsadüf etməsinin sevindirici olduğu bildirib. Görüş iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə davam edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR