Bank Of Baku

Rəsul Quliyevin partiyası yeni blok yaradılması üçün danışıqlara başlayıb

Rəsul Quliyevin partiyası yeni blok yaradılması üçün danışıqlara başlayıb
# 01 dekabr 2008 10:11 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Açıq Cəmiyyət Partiyası (ACP) növbəti bələdiyyə və parlament seçkilərində birgə iştirak etmək üçün bəzi müxalifət partiyaları ilə danışıqlara başlayıb. Partiya sədrinin müavini Yaqub Abbasovun APA-ya verdiyi məlumata görə, danışıqlar prezident seçkilərində iştirak edən partiyalarla aparılır. Danışıqların yeni başladığını deyən Y. Abbasov hələlik konkret razılıq əldə edilmədiyini bildirib. O, danışıqların sonunda ACP ilə eyni mövqedə olan siyasi partiyaların blokunun yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.

Y. Abbasov bildirib ki, onlar prezident seçkilərini boykot etmiş partiyalarla danışıqlar aparmaq fikrində deyillər: “Bunun həmin ənənəvi müxalifət partiyalarının özünü doğrultmamasıdır. Onlar heç vaxt ittifaqda olmayıblar. İndi Müxalifətin Əməkdaşlıq Mərkəzində olan təşkilatların biri birlik təklifi ilə çıxış edib. Amma bunun qarşılığında ittihamlar başlayıb. Belə qüvvələrlə bir yerdə olmaq istəmirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR