Bank Of Baku

BAXCP Qarsda keçirilən festivalda Ermənistan nümayəndə heyətinə xüsusi münasibət göstərilməsinə etiraz edib

BAXCP Qarsda keçirilən festivalda Ermənistan nümayəndə heyətinə xüsusi münasibət göstərilməsinə etiraz edib
# 01 dekabr 2008 11:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Türkiyənin Qars şəhərində keçirilən film festivalı çərçivəsində Ermənistandan gələn nümayəndə heyətinə xüsusi münasibət göstərilməsinə etiraz edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BAXCP İdarə Heyətinin bu gün keçirilən iclasında Qarsda mütəmadi olaraq Ermənistanın rəsmi dairələrinin və qeyri-hökumət təşkilatlarının, iş adamlarının iştirakı ilə müxtəlif tədbirlər keçirildiyi bildirilib. BAXCP rəhbərliyi Ermənistanın işğalçı mövqeyindən, uydurma soyqrım iddiasından geri çəkilmədiyini və Azərbaycanla müharibə vəziyyətində olduğunu xatırladıb: “Azərbaycan bu günədək heç bir məsələdə Türkiyə ilə dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyib. Ona görə də Türkiyənin ermənilərlə hər hansı sahədə münasibət qurması qəbulolunmazdır”.

İdarə Heyətinin iclasında BAXCP Ali Məclisinin dekabrın 6-da keçiriləcək yığıncağının gündəliyi də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR