Deputat Lalə Abbasova: “Milli Məclisdə ikiüzlü insanlar var” - MÜSAHİBƏ
- Siz “Mir jenşinı” qəzetinin baş redaktoru vəzifəsindən getsəniz də, hələ də qəzetin redaksiyasında oturursunuz. Bunun səbəbi nədir?
- Hazırda qəzetin baş redaktoru qızımdır. Mən də ümumi işlərə nəzarət edirəm. Redaksiyamız balaca bir otaqdan ibarədir. Redaksiyanın icarə haqqını isə qardaşım ödəyir.
- Böyük qadın dünyası bu balaca otağa necə sığır?
- Bu qəzet doqquz ildir fəaliyyət göstərir. Ancaq bu otağın təkcə qəzetə aid olduğunu demək olmaz. Çünki burada mənim sədri olduğum daha bir qeyri-hökumət təşkilatı da fəaliyyət göstərir. Qəzet isə ayda iki dəfə nəşr olunur.
- Milli Məclisə elə bu balaca otaqdan getmisiniz?
- Demək olar ki, bəli. Mən deputat olana kimi jurnalist kimi işləmişəm. Bizim qəzetin xeyriyyə fondu da var. Qubada internat məktəbi himayə edirik.
- Bəs necə oldu ki, parlament seçkilərinə qatılmağa qərar verdiniz?
- Mən qəzet baş redaktoru olanda qadınların ictimai həyatda aktivliyinə həsr olunan tədbir keçirdirdim. Orada belə bir fikir səsləndi ki, Lalə Abbasovadan yaxşı deputat olar. Bu ideya beynimə batdı. Sonra Xaçmazdan namizədliyimi irəli sürdüm və millət vəkili seçildim.
- Milli Məclis necə yerdir?
- Çox qəliz yerdir. Səmimi danışmağı çox sevirəm. Elələri var ki, ruhən onları qəbul edə bilmirəm. Orada ikiüzlü insanlar var. Ancaq yaxşılar da az deyil. İnsanları necə var, elə də qəbul edirəm. İnsanlıq çərçivəsindən çıxanlardan uzaq dururam.
- Artıq 3 ildir ki, deputatsınız, ancaq indiyə kimi cəmi bir neçə dəfə çıxış etmisiniz.
- Təzə seçiləndə düşünürdüm ki, Milli Məclisdə çox şeyi demək olar. Ancaq sonra gördüm ki, elə deyil... İstəyirdim ki, qanunlara əməl etməyən məmurlara qarşı mübarizə aparım. Sonra düşündüm ki, bəzi məsələlərdə ehtiyatlı olmaq lazımdır və başqa yol seçdim.
- Bu yol susmaqdan ibarət oldu?
- Yox, söhbət susmaqdan getmir. Daha çox çalışdım ki, müəyyən problemləri Milli Məclisdəki mikrofonla deyil, üzbəüz onlara çatdırım.
- Amma deyəsən, üzbəüz də asan olmur. Bir dəfə daxili işlər naziri Ramil Usubovun qəbulunda olanda problemlə üzləşmişdiniz və bu barədə Milli Məclisdə çıxış etdiniz...
- Daxili işlə naziri əvvəl məni çox normal qəbul etdi. Sonra bir-birimizi başa düşmədik. Mən də sözümü deyib, çıxıb getdim.
- Nə dediniz ki?
- Xaçmazda bir seçicim problemlə üzləşmişdi. Mən rayon polis şöbəsinin rəisinə zəng edərək həmin qadına kömək etmələrini xahiş etdim. Polis rəisi isə əvəzində mənimlə çox kobud davrandı. Daxili işlər naziri ilə görüşüb işçisinin hərəkətinə etirazımı bildirdim. Nazir Ramil Usubov isə əvəzində “mənim işçim elə söz deyə bilməz” cavabını verdi. Mən də nazirdən “bəs mən yalan danışıram?” deyə, soruşdum. O da “sən müxalifətsən” dedi. Belə mübahisəmiz yarandı. Mənə “gedə bilərsiniz” deyəndə ona “dəvədən böyük fil var” məsəlini xatırladıb qapıdan çıxdım.
Bu məsələdən bir neçə ay sonra “Dövlət qulluqçularının etik davranış kodeksi” qəbul olundu. Ancaq sizə deyim ki, mən kinli adam deyiləm. Sonra polis rəisi ilə barışdıq. Mən düşünürəm ki, insanlar mübahisə edə bilərlər, ancaq yenə dost kimi qalmalıdırlar.
- Milli Məclisin işindən razısınız?
- Açığını desəm, iclas gedən vaxt müəyyən səsi yoğun deputatların saymazlıqla bir-birləri ilə ucadan danışmaları məni çox narahat edir. İclas cəmi dörd saat davam edir, o da fasilə ilə. Bu müddətdə danışana qulaq asmağı bacarmaq lazımdır. Gərək onlar özlərinə hörmət etsinlər. Bir də görürsən ki, hansısa məmur Milli Məclisdə hesabat verəndə deputatların səsindən onun nə danışdığını eşitmək olmur.
- Bəlkə idarəetmədə problemlər var?
- Xeyr, elə insanlar var ki, onları heç cür idarə etmək mümkün deyil.
- Milli Məclisin jurnalist deputatlarını iki yerə ayırmaq olar. Azərbaycandilli və rusdillilər. Siz ikinci qismə aidsiniz. Siz aktiv işləyirsiniz, ya onlar?
- Biz sözü birbaşa deyirik, onlar dolayısı ilə. Bəlkə bizim də müəyyən çətinliklərimiz olur. Çox əfsus ki, bəzi insanlar adamın arxasınca danışırlar, üz-üzə gələndə isə gülümsəyirlər. Milli Məclisdəki deputatlardan bəzilərinin elə hərəkətini görmüşəm ki, indi qarşılaşanda heç salam verə bilmirəm. Düşünürəm ki, millət vəkili rəmzə çevrilməlidir. Xalq ona inanmalıdır. Siz deyirsiniz, mən susuram. Ancaq çıxış etdiyim və maraqlı təkliflər irəli sürdüyüm vaxtlar olub. Bir faktı deyim ki, bu günün əsas müzakirə mövzusu olan Azərbaycan Konstitusiyasının dəyişdirilməsinin ideya müəllifi mənəm. Hələ 2006-cı ildə çıxış edib təklif vermişdim ki, insanlara bir şəxsi istədikləri qədər prezident seçmək hüququ tanınmalıdır. Əlimdə bu ideyanın mənə məxsus olduğunu sübut edən sənəd də var. Mənə təklifimin öyrənilmək üçün Prezident Aparatına göndərildiyi haqda məktub da verilib. Mən İlham Əliyevi öz xalqını sevdiyi üçün dəstəkləyirəm.
- Milli Məclisdə ölkə mətbuatının vəziyyətindən niyə danışmırsınız?
- Bəzən jurnalist olduğumu deməyə utanıram. Elə jurnalistlər var ki, heç bir etik çərçivəyə məhəl qoymadan kim gəldi təhqir edirlər. Onları həbs edəndə isə aləmə car çəkirlər ki, ölkədə söz azadlığı pozuldu.
- Siz hesab edirsiniz ki, həbs olunan jurnalistlər öz cəzalarını çəkir?
- Bəli, elə jurnalistlər var ki, onların həbs edilməsi haqlı olaraq baş verib. Heç kimin başqasını təhqir etməyə haqqı yoxdur. Mən indiyə kimi heç kimi təhqir etməmişəm. Jurnalistikada səviyyəli adamlar azdır. Jurnalistlərin kiminsə sifarişi ilə işləməsini istəmirəm. Bu gün biz baxdığımız televiziyalarda nələr göstərmirlər... Mən xəbərlər proqramı və elmi verilişlərdən başqa heç nəyə baxmıram. Nə qədər vəhşiliyi təbliğ edən, dəhşətli filmlər nümayiş etdirmək olar axı?
- Deputat seçildiyiniz rayonda işləmək çətin deyil ki?
- Müəyyən çətinliklər var. Seçicilərimin problemlərinin həlli ilə maraqlananda bəzi yerli məmurların xoşuna gəlmir. Axı biz hamımız eyni işi görürük, eyni ölkə üçün çalışırıq. Elə icra hakimiyyəti başçıları var ki, özlərini məmləkətin sahibi kimi aparır, heç kimi saymırlar. Biz icra başçılarının bizim ayağımızın altına xalça sərmələrini istəmirik. İstəyirik ki, hamımız dövlət başçısının ətrafında sıx birləşib ölkənin inkişafına nail olaq. Onlar hesab edir ki, biz onların işinə müdaxilə edirik. Özlərini həmin ərazinin sahibləri kimi düşünürlər. Biz hamımız azərbaycanlıyıq. Xanlıqlar dövrü arxada qalıb. Ancaq bunu bəzilərinə başa salmaq lazımdır. Kiminsə səhvini deyəndə nəticə çıxarmalıdır. Daha bunu düşmənçiliyə çevirmək olmaz.
- Deputatlıqdan başqa nə işlə məşğulsunuz?
- Lalə Nikbin təxəllüsü ilə yaradıcılıqla məşğul oluram. Mahnı bəstələyir, hekayələr yazıram. On iki mahnım var. Bir mahnımı Nisə Qasımova ifa edib. Həvəskar bəstəkaram.
- Deyəsən, kitab da yazırsınız?
- XX əsr Azərbaycan qadınları haqqında üç kitab yazmışam. Mən bu kitabları yazanda Nizami Cəfərovla İlham Rəhimli televiziyada çıxış edib mənə bu işləri görməməyi məsləhət bildilər. Ancaq mən öz işimi davam etdirdim.
- Onlar niyə belə deyirdilər?
- Hesab edirdilər ki, kitabda böyük göstəriciləri olmayan qadınlardan da yazmışam. Məsələn, otuz il müəllimlik edən bir qadın haqqında yazmağımı qəbul etmirdilər. Mən hesab edirəm ki, hər bir qadının fəaliyyətini qiymətləndirmək lazımdır. Həmin kitablarda Azərbaycan tarixində mühüm rolu olan qadınlardan bəhs olunur.
- İbadət edirsiniz?
- Başımı bağlamıram, ibadət də etmirəm. Məncə, Allaha heç bunlar lazım da deyil. Tanrıya inanmaq və ədalətli olmaq lazımdır. Hətta mənə pislik edən adamları da bağışlayıram. Heç kimə nifrətim yoxdur.
- İki qızınız var?
- Yox, bir oğlum da var. O, özəl neft şirkətində işləməklə yanaşı, həm də aspirantdır. Deputat olsam da oğlum məndən çox maaş alır. Qızlarım hər iksi tələbədir.
-Məişət işləri ilə kim məşğul olur?
- Evin işlərini özüm görürəm. Uşaqların yeməyini də özüm bişirirəm.
- Bəs belə çətin deyil?
- Mən hər şeyə fəlsəfi yanaşıram. Yeməyi də sevə-sevə bişirirəm. Evin kişisi oğlumdur. Mən övladlarımdan çox razıyam.
- Bəs nə əcəb onları evləndirmirsiniz?
- Mənəviyyatı yüksək olan insan istəyirik. Biz bir qədər fərqli tərbiyə görmüşük. Allahdan başqa heç kim bizə kömək etməyib. Kənardan baxanda çox qəddar qadın təsiri bağışlayıram. Ancaq mənimlə bir dəfə ünsiyyət kifayətdir...
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY