Bank Of Baku

Müxalifət partiyalarının əməkdaşlığına dair müzakirələr iki layihə üzərində aparılır

Müxalifət partiyalarının əməkdaşlığına dair müzakirələr iki layihə üzərində aparılır
# 01 dekabr 2008 14:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müxalifət partiyalarının əməkdaşlığı ilə bağlı aparılan müzakirələrin bu həftə yekunlaşması nəzərdə tutulub. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hazırda tərəflər arasında iki layihə müzakirə edilir. Bu layihələrin biri Müsavat, digəri isə Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən təqdimi edilib. A. Hacılının sözlərinə görə, layihələrdən birində bundan əvvəl mövcud olan Müxalifətin Əməkdaşlıq Mərkəzi çərçivəsində birgə fəaliyyətin davam etdirilməsi, digərində isə müttəfiqliyə yaxın olan əməkdaşlıq nəzərdə tutulur: “Bu layihələrdən biri və ya hər ikisi qəbul oluna bilər. Çünki bu təkliflərin biri digərini inkar etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR