Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mövqelərini atəşə tutub
# 02 dekabr 2008 07:19 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 1-də saat 13.25-dən 13.30-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskepar kəndi ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonun Aşağı Əskipara kəndi ərazisində yerləşən mövqelərini, saat 10.00-dan 10.30-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 13.15-dən 13.20-dək Qazax rayonunun Bağanis Ayrım kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 21.30-dan 21.40-dək Tərtər rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.30-dan 22.48-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam rayonunun Yusifcanlı və Qaraqaşlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 23.10-dan 23.30-dək fasilələrlə Goranboy rayonunun Gülüstan və Tapqaraqoyunlu, dekabrın 2-də saat 04.20-dən 04.40-dək Ağdam rayonunun Şuraabad kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və iriçaplı pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR