Bank Of Baku

Azərbaycan prezidenti: “Ümidvaram ki, Bakı prosesi mədəniyyətlərarası dialoqun rolunu daha da artıracaq”

Azərbaycan prezidenti: “Ümidvaram ki, Bakı prosesi mədəniyyətlərarası dialoqun rolunu daha da artıracaq”
# 02 dekabr 2008 09:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı prezident İlham Əliyev söyləyib. Konfransın Avropa Şurası ilə Azərbaycan tərəfindən birgə təşkil olunduğunu vurğulayan dövlət başçısı bunu birgə əməkdaşlığın mühüm töhfəsi adlandırıb: “Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi nəticəsində ölkəmiz demokratik inkişaf baxımından sürətli templər əldə edib. Ölkədə aparılan siyasi və iqtisadi islahatlar, qanunun aliliyinin bərqərar olması, mütərəqqi təcrübənin tətbiq edilməsi son illər ərzində baş verən proseslərdir. Avropa Şurası ilə Azərbaycan arasında mövcud olan əməkdaşlıqdan çox razıyam”.

Dövlət başçısı konfransa İslam Konfransı Təşkilatına üzv ölkələrin nümayəndələrinin qatılmasından da məmnun olduğunu bildirib: “Şərq və Qərbin kəsişdiyi yerdə keçirilən konfransda müxtəlif ölkələrdən müxtəlif dinlərin nümayəndələri iştirak edirlər. Bu, böyük əhəmiyyət daşıyır. İndiki dövrdə bir çox hallarda sivilizasiyalar arasında dialoqdan danışılsa da, bununla bərabər bölgədə baş verən proseslər əfsuslar olsun ki, bəzi hallarda gərginliyin artmasına gətirib çıxarır. Mən çox istəyirəm ki, bu gün Bakıda başlanılan Bakı prosesi mədəniyyətlər arasında dialoqun rolunu artırsın, qarşılıqlı anlaşma sürətləndirilsin. Bir sözlə, Azərbaycanın həm tarixi, həm coğrafi vəziyyəti, həm də müxtəlif beynəlxalq təşkilatlarda iştirakı bizim imkanlarımızı daha da genişləndirir. Ölkəmizin uğurlu inkişafı bundan sonra da davam etdiriləcək”.

Prezident İlham Əliyev Azərbaycan xalqının öz mədəni və tarixi irsinə sıx bağlı olduğunu vurğulayıb: “Bu irsimizin qorunması üçün çox böyük işlər görülüb. Əsrlər boyu Azərbaycan xalqı müstəqillikdən məhrum edilib. Biz yalnız qısa bir müddət ərzində öz taleyimizi özümüz müəyyən etmişik. Ancaq buna baxmayaraq, millət olaraq ədəbiyyatımız, ana dilimiz qorunub saxlanılıb. Bu gün müstəqil ölkə kimi Azərbaycan xalqı öz taleyinin sahibidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR