Bank Of Baku

Prezident İlham Əliyev: “Ermənistanın hərbi təcavüzü Azərbaycanın mədəniyyət irsinə də böyük zərbə vurub”

Prezident İlham Əliyev: “Ermənistanın hərbi təcavüzü Azərbaycanın mədəniyyət irsinə də böyük zərbə vurub”
# 02 dekabr 2008 09:36 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin “Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı prezident İlham Əliyev söyləyib.

O, münaqişə nəticəsində 1 milyon azərbaycanlının öz doğma torpaqlarından qovulduğunu vurğulayıb: “Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayon tamamilə işğal altındadır. Oradakı yurd-yuvalarından qovulmuş soydaşlarımız çox əziyyət çəkirlər. Bu, böyük ədalətsizlikdir. Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin işğal etdiyi ərazilərdən qeyd-şərtsiz çıxarılması tələblərinə heç bir məhəl qoymur”.

Dövlət başçısı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı bir çox mötəbər təşkilatların çıxardığı qərarların icra olunmamış qaldığını bildirib: “Bu, bölgədə gedən proseslərə ən böyük təhlükədir. Beynəlxalq hüquq normaları tam şəkildə bərqərar olmalı, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməli, işğal olunmuş torpaqlar tezliklə boşaldılmalıdır. Bu hərbi təcavüz eyni zamanda bizim mədəniyyət irsimizə də böyük zərbə vurub. İşğal olunmuş torpaqlarda hər şey dağıdılıb. Bunu təkcə biz yox, bütün beynəlxalq təşkilatlar təsdiqləyir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR