Milli Məclisdə Zeynəb Xanlarova spiker Oqtay Əsədovun ünvanına sərt ittihamlar səsləndirib
Spiker Oqtay Əsədovun iştirak etmədiyi iclasda söz alan Zeynəb Xanlarova üzünü Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova tutaraq onun spiker yerində oturmağa layiq olduğunu deyib. Z. Əsgərov buna etiraz etsə də, Z. Xanlarova bunun onun öz fikri olduğunu deyərək çıxışına davam edib və deyib ki, Ziyafət Əsgərov sənətə yüksək qiymət verən, hər şeyin yerini bilən şəxsdir: “Sənətə qiymət verən adam həmişə yaşayacaq”.
Millət vəkili Sabir Rüstəmxanlının ondan əvvəl söz alaraq Məhəmmədhüseyn Şəhriyarın Azərbaycanda abidəsinin ucaldılmamasına görə, narahat olması barədə çıxış etməsinə sevindiyini bildirən xalq artisti ona təşəkkürünü bildirib: “Başa düşmək lazımdır ki, Şəhriyar dünya şöhrətli bir insandır və tarix durduqca yaşayacaq. O cümlədən Məmməd Əmin Rəsulzadə də. Mənə bu fontanlar lazım deyil. Ac qarına fontanlara baxmaq istəmirəm. Bu gün Azərbaycanda sənətkara qiymət vermək lazımdır”.
Yenidən Z. Əsgərova xitabən “siz oğulsuz” deyən Z. Xanlarova bildirib ki, S. Rüstəmxanlının Şəhriyarın abidəsinin ucaldılması təklifini mütləq diqqət mərkəzində saxlamaq lazımdır: “Onsuz da bu qanunların hamısı hazırdır, biz bir düyməni basmaqla qanunları qəbul edirik. Mən başa düşürəm, bunlar da lazımdır. Amma bir məsələnin yeri düşüb demək istəyirəm, yoxsa ürəyimdə qalar. Ölkə prezidenti məni qəbul elədi, ən yüksək ordeni verdi. Mən 25 ildir ki, millət vəkiliyəm. Ancaq mən bura gəlmişəm, o ortada oturan adam (spiker Oqtay Əsədovu nəzərdə tutur-red.) təbrik eləmədi. Axı siz kimsiz”?
Bu zaman Z. Xanlarovanın mikrofonu söndürülüb. Z. Əsgərov Z. Xanlarovaya müraciətlə bunları deyib: “Zeynəb xanım, sizi təbrik eləmişik, hər birimizin sizə hörməti var”.
Z. Xanlarova isə yerindən çıxışına davam edib. Xalq artisti yenə spiker barəsində danışıb: “Özünü orda oturanda elə apar ki, oradan enəndə də səni saysınlar”.
Z. Xanlarovadan sonra danışan bəzi millət vəkilləri onun çıxışına münasibət bildiriblər. Siyavuş Novruzov deyib ki, şəxsi münasibətlər parlamentdə deyil, iki şəxsin arasında həllini tapmalıdır. Millət vəkili Əkrəm Abdullayev isə Milli Məclis rəhbərliyi haqqında belə danışmağın yaxşı hal olmadığını bildirib.
Daxili siyasət
Prezident İlham Əliyevin Şuşa mesajlarının təhlili mövzusunda ekspert müzakirəsi keçirilib
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb
Xəbər Lenti
ABŞ-ın İrana zərbəsi nəticəsində 7 nəfər ölüb, 9 nəfər yaralanıb - VİDEO
Venesuelada zəlzələ qurbanlarını sayı 4 930 nəfərə çatıb
Konqoda Ebola xəstələri xəstəxanaya hücumdan sonra qaçıblar
Çin təlimlərdə 203 millimetrlik M110 haubitsalarından istifadə edib
Avropa Liqası: "Qarabağ" inamlı qələbə ilə növbəti mərhələyə yüksəlib
İranda hava limanı raket zərbəsinə məruz qalıb
FT: Fedorovun vəzifədən uzaqlaşdırılması Ukrayna hakimiyyəti daxilində fikir ayrılıqlarını üzə çıxarıb
Ağ Ev: Tramp İsrailin ABŞ-da ictimai rəyə təsir göstərməyə çalışdığını düşünür
Biləsuvarda zəncirvari qəza olub, bir nəfər ölüb
İranın Buşehr, Əhvaz və İranşəhr şəhərlərində partlayışlar baş verib
Niderlandda isti hava şəraiti səbəbindən su qıtlığı rejimi elan olunub
KİV: ABŞ-ın silah ehtiyatlarını bərpa etməsi ən azı dörd il çəkəcək
Macarıstanda sabiq XİN başçısı Peter Siyartonun dövlətə xəyanət iddiaları üzrə araşdırma aparılır
CENTCOM: ABŞ İrana qarşı yeni zərbələr dalğasına başlayıb
Livitt: Trampın xalqa müraciəti seçkilərin təhlükəsizliyinə həsr olunacaq
Konfrans Liqası: “Zirə” ikinci təsnifat mərhələsinə yüksəlib
Zelenski Hakan Fidanı ordenlə təltif edib
Ağ Ev: Vaşinqton və Tehran arasında danışıqlar davam edir
Ağ Ev: Tramp futbol üzrə dünya çempionatının finalını izləyəcək
Polşa müharibəyə hazırlıq statusu ilə bağlı yeni qanun hazırlayır
Dubay hakimiyyəti partlayışlarla bağlı məlumatı təkzib edib - YENİLƏNİB
Britaniya və İsveç Ukraynaya 16 hərbi təyyarə alacaq
XİN: Odessa yaxınlığında vurulan gəminin azərbaycanlı kapitanının nəşi tapılıb
Qusarda dini mövzuların mediada təqdimatı ilə bağlı konfrans keçirilib - YENİLƏNİB
ABŞ Bəndər-Abbas yaxınlığındakı hədəflərə raket zərbələri endirib
Bakıda açıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
Ramin Məmmədov: Bu gün Azərbaycanda dövlət-din siyasəti uğurla həyata keçirilir
Rəsmi Tehran: ABŞ bazalarının İrana qarşı istifadəsinə icazə verən ölkələr tam məsuliyyət daşıyacaq
Tehranda avtobus yeddi nəqliyyat vasitəsi ilə toqquşub, 6 nəfər xəsarət alıb
"Baku TV"nin direktoru: Dini savadlılıq bu gün üçün olduqca aktualdır
Korrupsiya cinayəti törədən 13 şəxs cinayət başında tutulub
Altı ayda korrupsiya ilə bağlı 78 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
Baş Prokurorluq: 3,8 milyon manatdan çox ziyanın ödənilməsi təmin edilib
Kərim Vəliyev Belarusda bir sıra hərbi obyektlərdə olub
APA TV-nin baş direktoru: Dini sabitliyin qorunmasında medianın rolu böyükdür
Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yük dövriyyəsi altı dəfə artıb
Tərtərdə minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər ölüb
ƏƏSMN-də Beynəlxalq Valyuta Fondunun missiyası ilə görüş keçirilib
Kiberpolis “TikTok”, “Instagram” və “Telegram”da süni intellektlə qadınları şantaj edən şəxsləri saxlayıb - VİDEO
Bakı şəhər prokurorluğunda əməliyyat müşavirəsi keçirilib
Bakıda prokurorluq əməkdaşı intizam tənbeh tədbiri qismində vəzifədən azad olunub
Hindistanda dini festival zamanı izdihamda iki nəfər ölüb, 100-ə yaxın şəxs xəsarət alıb
Bakıda bu il cinayət işləri üzrə 6,4 milyon manatlıq ziyan ödətdirilib
Ukrayna Krımda Rusiyanın Su-24M bombardmançısını məhv edib
Sırski Fedorova təşəkkür edib, müharibəyə fokuslanmağa çağırıb
Milli Məclisin sədri Fələstin Baş naziri ilə görüşüb
Kəlbəcərdə 5 gün əvvəl çayda batan azyaşlının meyiti tapılıb - YENİLƏNİB-1
“Reuters”: İran hücum olacağı təqdirdə, husilərə strateji boğazı bağlamağı tapşırıb
Azərbaycan-Fələstin münasibətləri: Prezidentin siyasəti İslam həmrəyliyinin praktik modelidir - RƏY