Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdə atəşkəsi pozub
# 03 dekabr 2008 07:11 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri dekabrın 2-də saat 10.50-dən 11.00-dək Ermənistan Respublikası Noyemberyan rayonu Voskevan və İcevan rayonu Berkaber kəndləri ərazisində yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun Quşçu Ayrım və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, saat 06.45-dən 07.15-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.50-dən 20.55-dək Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 22.10-dan 22.35-dək Tərtər rayonunun Çaylı kəndi yaxınlığında yerləşən mövqelərdən, dekabrın 3-də saat 00.15-dən 00.30-dək Ağdam rayonunun Cəvahirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR