Bank Of Baku

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qəbul oluna bilər

Azərbaycanda ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanun qəbul oluna bilər
# 03 dekabr 2008 10:18 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin sosial siyasət məsələləri daimi komissiyasının bugünkü iclasında tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair tədbirlər barədə müzakirələr keçirilib. APA-nın məlumatına görə, komissiyanın sədri Hadı Rəcəbli deyib ki, ictimai yerlərdə siqaret çəkilməsinin məhdudlaşdırılmasının ayrıca qanun şəkilində qəbul edilməsi və ya mövcud qanunvericiliyə dəyişikliklər olunması nəzərdə tutulur.

Deputat Musa Quliyev bu sahədə ayrıca qanun qəbul edilməsinə ehtiyac görmədiyini, mövcud qanunlara dəyişiklik etməklə bu sahədə vəziyyəti dəyişməyin mümkün olduğunu bildirib.

“İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun layihəsi hazırlayan deputat Qənirə Paşayeva bu sahədə yeni qanun qəbul edilməsinin zəruri olduğunu bildirib. Millət vəkili mövcud qanunvericilikdə ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən imperativ normaların əks olunmadığını deyib. Onun sözlərinə görə, belə bir qanun layihəsi dünyanın bir sıra ölkələrində qəbul edilib. Q. Paşayevə cəmiyyətdə maarifləndirmə aparılması və ictimai yerlərdə siqaretin qadağan olunması ilə bağlı ayrıca qanun qəbul edilməsini təklif edib.

Sonda müzakirələrin davam etdirilməsi və bu sahədə ayrıca qanun qəbul edilməsinə ehtiyac olub-olmamasının araşdırılması qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR