ADP Ali Məclisi müxalifətdaxili inteqrasiya məsələləri müzakirə olunacaq
03 dekabr 2008 11:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) Ali Məclisinin dekabrın 6-da keçiriləcək iclasında digər müxalifət partiyaları ilə münasibətlər və müxalifətdaxili inteqrasiya məsələləri müzakirə olunacaq. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP həmişə müxalifətin inteqrasiyasının tərəfdarı olub və Ali Məclisin iclasında prosesin növbəti mərhələdə davam etdirilməsi yolları müəyyənləşəcək. İclasda partiyanın yerli təşkilatlarında təşkilati vəziyyət, yerli strukturların seçkilərə hazırlanmasına diqqət yetiriləcək. Müzakirələrin nəticəsi olaraq ötən dövrdə baş vermiş ən mühüm hadisələr, o cümlədən son vaxtlar yenidən aktuallaşan Dağlıq Qarabağ danışıqları ilə əlaqədar Ali Məclisin mövqeyini əks etdirən bəyanatın qəbul edilməsi nəzərdə tutulur.
Daxili siyasət
İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
20:41
11 may 2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib - FOTO
20:33
11 may 2024
MSK sədri COP29-a görə parlament seçkilərinin irəli çəkilə biləcəyini açıqlayıb
13:26
10 may 2024
Dövlət və hökumət rəsmiləri Ulu Öndərin xatirəsini anıblar
11:02
10 may 2024